SON XƏBƏR

Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb - FOTO

Mart 02
16:21 2021
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov "Huawei Technologies Azərbaycan" MMC-nin Baş direktoru cənab Lu Canlin və şirkətin Avrasiya və Qafqaz regionu üzrə vitse-Prezidenti cənab Ma Titanla görüşüb.
 
Görüşdə şirkətin Naxçıvan Muxtar Respublikası ilə əlaqələri, təhsil sahəsində informasiyaların sistemləşdirilməsi,təhsil və təcrübə laboratoriyalarının yaradılması, həmçinin təhsil sistemində distant təhsil avadanlıqları və proqram təminatının optimallaşdırılması sahəsində təcrübəsi, muxtar respublika ilə sıx əməkdaşlıq imkanları və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook