SON XƏBƏR

Naxçıvan nümayəndəliyinin rəhbəri Latviya səfiri ilə görüşüb

Oktyabr 14
18:05 2019
Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Latviya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançslə görüşüb.
 
Görüşdə iki ölkə arasındakı əlaqələr, Naxçıvan Muxtar Respublikası ilə mədəni, iqtisadi münasibətlərin inkişafı, rəsmi səfərlər, qarşıda duran və maraq doğuran bir sıra məsələlər barədə müzakirələr aparılıb.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook