SON XƏBƏR

Naxçıvan Nümayəndəliyinin rəhbəri Operativ Qərargaha müraciət etdi - RƏSMİ

May 25
20:09 2020
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin bərpası ilə bağlı məktubla müraciət edib.
 
Qlobal.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yayıb.
 
Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook