SON XƏBƏR

Naxçıvanın daimi nümayəndəliyinin rəhbəri ilə cənab Dr.Jorge Da Fonsecanı qəbul edib

İyul 23
13:48 2019
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Portuqaliya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri səlahiyyətlərini icra edən, Müvəqqəti İşlər Vəkili cənab Dr.Jorge Da Fonseca ilə görüşüb.
 
Səlahiyyət müddətinin başa çatması münasibətilə daimi nümayəndəliyə gəlmiş diplomatik missiya rəhbəri ilə görüşdə iki ölkə arasındakı əlaqələr, Naxçıvan Muxtar Respublikası ilə səmərəli iqtisadi münasibətlərin genişləndirilməsi,alternativ enerji layihələri, rəsmi səfərlər və qarşıda duran digər maraqlı məsələlər ətrafında müzakirə aparılmışdır.
 
Qlobal.Az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook