SON XƏBƏR

Nazim Babayev Avropa çempionatının gümüş medalını qazandı

İyul 15
00:49 2019
Azərbaycan atleti Nazim Babayev növbəti nailiyyətə imza atıb.

N.Babayev İsveçin Qavle şəhərində 23yaşadək atletlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 

İyirmi iki yaşlı idmançı 3 təkanla 17,03 metr uzununa tullanıb. Qızıl medalı 17,37 metr nəticə ilə türkiyəli Necati Ər əldə edib. Bürünc medala 16,95 metr göstərici ilə italiyalı Andrea Dallavalle yiyələnib.

Qeyd edək ki, Nazim Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərindəki XXX Yay Universiadasında, martın 4-də isə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook