SON XƏBƏR

Nazir müavini: “EuroHome”dakı yanğının söndürülməsində su problemi olub

Dekabr 10
12:29 2019
"EuroHome”da baş verən yanğının qarşısını almaq üçün 150 tona yaxın su bir təyyarə və üç helikopter tərəfindən əraziyə tökülüb. 

Qlobal.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin nazir müavini Etibar Mirzəyev deyib. 

O bildirib ki, iki saat yarıma qədər davam edən yanğının söndürülməsində su problemi yaşanıb:

"Mənə verilən məlumata görə, yanğın yerində FHN-nin 40-dan artıq texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olub.

İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğının səbəbləri araşdırılır. Daha ətraflı məlumatlar veriləcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook