SON XƏBƏR

Nazirə meydan oxuyan, oğlu həbsdə özü töhmətli direktor: Səadət Veyisova- VİDEO

İyun 13
12:30 2019
"20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova təmir üçün hər sinifdən 120 azn pul yığır. Bu barədə övladları həmin məktəbdə oxuyan valideynlər deyib. Bundan əlavə məktəbdə son zəng tədbiri üçün 11-ci sinif şagirdlərinin hərəsindən 40 azn yığılır. Deyilənə görə, 11 – lər 5 sinifdir. Nəzərə alsaq ki, hər sinifdə azı 25 şagird var, toplanacaq pulla son zəng tədbiri yox e, beynəlxalq yarışlardan birinə ev sahibliyi etmək olar”. Cumhuriyyet.az bildirir ki, bu məlumatı yaxın günlərdə tanınmış jurnalist İradə Nurəddinqızı öz facebook səhifəsində paylaşıb. Məlumat üçün bildirək ki, 20 saylı məktəb-lisey yeni tikilib və əsaslı təmir olunub. Maraqlıdır ki, yeni təmirdən çıxan məktəbin indi harasını təmir edirlər ki, 120 manatdan pul yığırlar?

Amma bu 20 saylı məktəb və onun direktoru haqda yeganə neqativ məlumat deyil. Məsələn cumhuriyyet.az bu tədris ilinin əvvəlində yayılan bir məlumatı xatırladır ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova valideynlərə məktəbli formasını yalnız məktəbin özündən ala biləcəklərini və bu formanın fərqli olacağını bildirmişdi. Əslində fərqli, məktəbə məxsus formaların olmasını alqışlamaq olar. Amma bir şagird üçün formanın 82 manat olması, bu artıq valideynin cibinə girməkdən başqa bir şey deyil. Bakı şəhəri 20 nömrəli məktəb-liseyi dövlətə məxsusdur və dövlətin tələblərinə uyğun addımlar atılmalıdır. İkinci tərəfdən bu gün özəl liseylər var ki, özlərinə məxsus formaları var və əksəriyyətində bu formalar pulsuzdur. Bəs onda 82 manat məsələsi haradan və hansı standartlara uyğun müəyyənləşdirilib? Həmin dövrdə ən bahalı məktəbli formaları Bakı Tikiş Fabrikinə məxsusolub ki bunun da qiyməti 55 manat təşkil edib.

Rəsmən təsdiq olunmuş digər bir məlumata görə, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya ötən il töhmət verilib. Cumhuriyyet.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi məlumatına istinadən bildirir ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova işgüzar qaydalara və pedaqoji etikaya riayət etməyərək "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Bununla bağlı 20 nömrəli məktəb-liseydə müvafiq araşdırma aparılıb.
 


Araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olub. Bütün bunları nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın 3 aprel 2018-ci il tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət verilib. Həmçinin, məktəb direktoruna aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb.

Onu da bildirək ki, töhmət S.Veyisovanın pedoqoji stajında yeganə qara xətt deyil. Belə ki, rubrika.az saytı direktorun keçmişinə nəzər yetirərək bildirir ki, "Səadət Veyisova Şamaxıda məktəb müəllimliyindən rayon təhsil şöbəsinin müdiri, daha sonra isə Təhsil Nazirliyinin əməkdaşı kimi məsul vəzifələrə yüksəlib. Amma, yuxarıda qeyd etdiyimiz kimi bütün karyera yüksəlişləri dönəmində özündən sonra "silinməz izlər” buraxaraq irəliləyib. Onun Şamaxı təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtları bu gün rayonda ürək ağrısı ilə xatırlayırlar”.

 
 
Saytın yaudığı digər bir məlumata görə isə, S. Veyisova öz dosyesindən oğlu Tamerlanın Rusiya Federasiyasında quldurluq maddəsi ilə həbsdə olması faktını məharətlə gizlədə bilib. Öz doğma övladını layiqincə tərbiyə edə bilməyən birinə minlərlə şagirdin taleyi necə etibar edilir görəsən?
Ən maraqlısı isə budur ki, belə bir dosyeyə və qüsurlu fəaliyyətə malik direktor yuxarı rəhbərliyə qarşı açıq aşkar sayğısızlıq və etinasızlıq göstərir. Bununla bağlı tək bir faktı diqqətə çatdırmaq kifayətdir ki, bir müddət öncə 18 saylı məktəbdə Bakı Baş Təhsil İdarəsini direktorların iştirakı ilə keçirdiyi iclasa özü getməyi məqsədəuyğun hesab etməyən Səadət Veyisova müavinini göndərib.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook