SON XƏBƏR

Nazirlik valideynlərini itirmiş bacı-qardaşı himayəyə götürdü

Oktyabr 14
15:38 2020
Gənclər və İdman Nazirliyinin kollektivi 11 oktyabra keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib.

Bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb.

Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook