SON XƏBƏR

Nəsib Məhəməliyev: Prezident İlham Əliyev mövcud reallıqları və müasir çağırışları düzgün qiymətləndirərək Azərbaycanı inamla inkişaf etdirir

Avqust 05
10:47 2019
"İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət büdcəsinin icrasından tutmuş, bütün makroiqtisadi göstəricilər, iqtisadiyyatın artım tempi, şaxələndirilməsi, inflyasiyanın nəzərdə tutulmuş həddə saxlanılması, milli valyutanın qorunması,ölkəyə yatırılan investisiya, dövlət borcunun azaldılması,sahibkarlıgın inkişafı ilə bağlı görülən tədbirlər müzakirə olundu”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, həmçinin, əhalinin dayanıqlı olaraq içməli suya, elektrik enerjisinə, qaza olan tələbatının ödənilməsi istiqamətində müzakirələr aparılıb. Gündəlikdə olan və digər məsələlərlə bağlı cənab Prezident öz fikirlərini və tapşırıqlarını verdi.

"Bu müşavirə kütləvi informasiya vasitələri, televiziya və mətbuat tərəfindən geniş işıqlandırıldı. Xalqımız mövcud vəziyyətlə bağlı tam məlumatlandırıldı. Ancaq özünü müxalifət adlandıran bəzi dairələr ənənələrinə sadiq qalaraq məsələnin mahiyyətinə deyil, formatına, yəni müşavirənin həmişə olduğu kimi geniş tərkibdə keçirilməməsinə "iradlarını” bildirirlər. Bu dairələr bilməlidir ki, istənilən müşavirənin hansı formatda keçirilməsi həmin təşkilatın rəhbərinin müstəsna səlahiyyətidir.
 
İkincisi, əsas format deyil, məzmundur. Hal-hazırda dünyada və regionda olduqca mürəkkəb proseslər gedir. Cənab Prezident mövcud reallıqları və müasir çağırışları düzgün qiymətləndirərək Azərbaycanı inamla inkişaf etdirir və keçdiyimiz bu yol bir daha göstərdi ki, vətənimiz həm iqtisadi, həm də siyasi mənada sabitlik adasıdır”-deyə, N.Məhəməliyev vurğulayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook