Netanyahu İsrail gəmisində partlayışa görə İranı günahlandırıb
Mart 01
11:58
2021
İsrailin Baş naziri Benyamin Netanyahu Oman körfəzində ölkəsinə məxsus gəmidə törədilmiş partlayışa görə İranı günahlandırıb.
APA-nın xəbərinə görə, bu barədə Baş nazir "Kan” teleradio kompaniyasının efirində bildirib.
"Bu, həqiqətən də İranın əməlidir. Bu, məlumdur”, - deyə B. Netanyahu qeyd edib.
O, İranı İsrailin ən böyük düşməni adlandırıb.
İsrailin bu zərbəyə qarşılıq verəcəyinə dair sualı cavablandıran B. Netanyahu vurğulayıb ki, ölkəsi İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq əzmindədir.
"Biz İrana bütün regionda zərbə vururuq”, - deyə Baş nazir əlavə edib.