SON XƏBƏR

Niderlandda "Xocalıya ədalət" tələbinin əks olunduğu beynəlxalq poçt markaları buraxılıb

Fevral 26
00:48 2021
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks olunub. Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" tələbi yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook