SON XƏBƏR

"Niyə İran Türkiyə qədər bizə yaxın olmur?"

Mart 04
15:29 2019
"İran Islam Respublikası da Azərbaycana münasibətdə Türkiyə və Gürcüstan kimi birmənalı mövqe ortaya qoysaydı, regionda Ermənistanın Rusiya forpostu olduğu çılpaqlığı ilə sübut olunar və təklənməsinə rəvac verərdi".
 

 
Bu sözləri AMEA-nın əməkdaşı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov öz fasebook səhifəsində yazıb.
 
İran İslam Respublikasını Ermənistanın işğalçılıq siyasətinə "göz yummaqda" ittiham edən alim daha sonra yazır:

Bu mövqe onun qonşuluq, tarixi bağlılıq və beynəlxalq hüquqa rəğmən, həm də müsəlman dövləti kimi bilavasitə, borcudur. İrəvana nəfəslik verən İİR şəffaf olmayan siyasətilə regionda şər üçbucağını tamamlayan (Tehran, İrəvan, Moskva) ölkə kimi Azərbaycanın dövlət maraqlarına ciddi təhdid yaradır... Niyə, Pakistan Qarabağ məsələsində konkret mövqeyini bildirir, İran yox? Niyə İran Türkiyə qədər bizə yaxın olmur? Niyə İran bir dəfə də olsun ki, Ermənistana işğal etdiyi torpaqları boşaltmaq üçün bəyanat verməyib? Amma Türkiyə nəinki bəyanatlar, bu günədək Ermənistanla sərhədlərini açmayıb... İran da bunu edə bilməzdi ki ?! Niyə bunu onlara rəsmi strukturlarımız sual etmir ? Belə nəticəyə gəlmək mümkündür ki, İran (İslam Respublikası ?) Ermənistanı Azərbaycan üzərinə körükləyən ən ciddi regional aktordur?..
 
Qlobal.Az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook