SON XƏBƏR

Nizami RİH başçısı Leyla Əliyevanın adından istifadə edir - PREZİDENTƏ ŞİKAYƏT

İyul 30
16:06 2019
akı şəhər Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov həmin rayonun sakini Malik Ağayevə 35 min manat ziyan vurub. Bu barədə Malik Ağayev ölkə başçısı İlham Əliyevə ünvanladığı məktubundan bildirib. Savash.org xəbər verir ki, həmin məktubun mətni ovqat.com saytında yayılıb. 

Malik Ağayev həmçinin bildirir ki, icra başçısı bu prosesdə prezidentin qızı Leyla Əliyevanın adından istifadə edir. Şikayətçi yazır: "Cənab Prezident, mən bir daha qeyd etməyi zəruri hesab edirəm ki, Nizami rayonunun R.Rüstəmov küçəsində yaşayıram. Qəpik-qəpik yığdığım və çox hissəsini də qohum-əqrəbadan borc aldığım pullar hesabına həyətimizdə özümə 21 kvadratmetr sahəni əhatə edən daşdan qeyri-yaşayış sahəsi inşa etdirmiş, "texpasport” və çıxarış almışdım. Son aylar icra başçısı Arif Qasımov belə bir şaiyələr yaymağa başlamışdı ki, guya Leyla xanım Əliyevanın təşəbbüsü və layihəsi əsasında həyətimizdə mövcud olan bütün qarajlar götürüləcək, tikintilər söküləcək, yerində abadlıq-quruculuq işləri aparılacaq".

Malik Ağayev bildirir ki, o və qonşuları bu məlumata inanmayıb. Həmçinin məsələyə aydınlıq gətirmək üçün Arif Qasımovla görüşməyə cəhd ediblər. Lakin icra başçısı onları qəbul etməyib. "Nəhayət, iyun ayının 19-da xəbərdarlıq edilmədən və qiymətli əşyalarımı götürməyə möhlət verilmədən mənə məxsus qeyri yaşayış sahəsi sökülüb. Mənə nə az, nə də çox, düz 35000 manat maddi ziyan vurulub.

Cənab Prezident, Arif Qasımov desin, görək, onun bu qeyri-sivil hərəkəti hansı normativ akta, hüquq normalarına söykənir?

O, qeyri-yaşayış sahəmi sökməklə məni intihar həddinə çatdırıb. Soruşmaq lazım gəlir ki, bəs mənə dəymiş maddi ziyanı kim ödəyəcək, Arif Qasımov?

Cənab Prezident, Siz keçirdiyiniz müşavirələrdə dəfələrlə özünüzü xalqın xidmətçisi elan etmisiniz. Amma əlinizlə çörək yeyən Arif Qasımov dolayısı yollarla özünü siyasi kursunuza qarşı qoyur, insanları üsyana sürükləyir.

Cənab Prezident, mənim bu şikayətimi xüsusi nəzarətə götürərək məsələnin dərindən araşdırılıb Sizə məlumat verilməsinə və mənə dəymiş ziyanın ödənilməsinə göstəriş verməyinizi xahiş edirəm".
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook