SON XƏBƏR

“O vaxt Dilbər xanım baş verənləri mənə danışmışdı…” - Tarixçi alim

Oktyabr 23
14:08 2018
"Şair Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlarların aşkar edilməsi Azərbaycan üçün əhəmiyyətli hadisədir. Çünki Müşfiq Azərbaycan üçün bir dəyər məsələsidir, yaradıcı gənclərin simvoludur”.

Bunu virtualaz.org-a açıqlamasında Stalin repressiyası illərində cəzalandırılmış şair Mikayıl Müşviqin ehtimal olunan qalıqlarını  aşkar etmiş Rusiya milyarderi Fərhad Əhmədovun bəyanatını şərh edərkən tarixçi-alim Nəsiman Yaqublu bildirib.

Alimin sözlərinə görə, vaxtı ilə şairin həyat yoldaşı Dilbər xanımla da görüşüb, baş verənləri onun öz dilindən eşidib. "Müşfiq həm də milli mənəvi dəyərləri olan biri idi. Müşfiqdən sonra Dilbər xanımı da həbs ediblər, olduqca əzablı günlər keçirib”, -Yaqublu deyib.

N.Yaqublu qeyd edib ki, Müşfiqin qalıqlarının tapılması faktından istifadə edərək sovet rejimi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda digər qurbanların məzarını, qalıqlarını tapmaq üçün araşdırmalara başlamaq lazımdır. Qalıqların Müşfiqə adi olduğu təsdiqlənəndən sonra şair dövlət səviyyəsində dəfn edilməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook