SON XƏBƏR

Oğluna yarımmilyonluq maşın alan başçı məzuniyyətə çıxıb? - Müəmmalı açıqlama (FOTO)

May 07
15:18 2020
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun məzuniyyətə çıxdığı barədə məlumat yayılıb. 
 
Qlobal.az məsələni dəqiqləşdimək üçün Qazax rayon İcra Hakimiyyətinin  İnformasiya təminatı və təhlil sektorunun müdiri Svetlana Qurbanova ilə əlaqə saxlayıb. Svetlana Qurbanova söhbətində yayılan xəbər barədə heç bir açıqlama verə bilməyəcəyini dedi. 
 
Qeyd edək ki, dünən sosial şəbəkələrdə Rəcəb Babaşovun oğlunun yarım milyon manat dəyərində avtomobil alması haqqında xəbərlər yayılıb. Hazırda Vergilər nazirliyində çalışan icra başçısının oğlunun işə bu avtomobillə gedib-gəldiyi deyilir. 
 
Qazax rayon İcra Hakimiyyəti Rəcəb Babaşovun oğlu barədə yazılanlara münasibət bildirməyib. 
 
Xatırladaq ki, Rəcəb Babaşov 2016-cı ildən Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 
 
Bunda əvvəl o, Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olub.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook