SON XƏBƏR

Oqtay Şirəliyev üzə çıxdı: Bu axşam danışacaq

Mart 24
20:00 2020
"Aprel ayı yaxınlaşır və yəqin ki, ermənilər 2016-cı ilin aprelindəki məğlubiyyətlərini təkrar görmək istəyirlər. Ona görə də qoşunların təmas xəttində təxribat törədərək vəziyyəti gərginləşdirirlər. Ermənistan və onun havadarları 2016-cı ilin Aprel döyüşlərini, daha dəqiq desək həmin vaxt uğradıqları məğlubiyyəti gözlərinin qabağına gətirməli və yaratdıqları hazırkı gərginlikdən narahat olmalıdırlar".

Bunu "Report"a açıqlamasında Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdikləri təxribatlarını şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.
 
O bildirib ki, cəbhə bölgəsindəki son hadisələr, xüsusilə də Goranboy istiqamətindəki təxribat Ermənistanın dünyada baş verən pandemiyaya baxmayaraq yenə də öz əməllərindən əl çəkmədiyini, işğalçılıq siyasətinə sadiq qaldığını göstərir: "Bunun əsas səbəblərindən biri erməni cəmiyyətindəki epidemiya ilə bağlı yaranan narahatlıq, hökumətin uğursuz fəaliyyətindən diqqəti yayındırmaqdır. Ermənistanda epidemiyanın güclənməsi, onsuz da zəif vəziyyətdə olan ölkə iqtisadiyyatını çökdürəcək, problem ciddi hal alacaq. Əminliklə bildirirəm ki, Azərbaycan Ordusu ölkəmizə yönələn bütün təxribatların qarşısını almağa qadirdir. Buna silah və döyüş vasitələrindən tutmuş bütün texniki imkanları və təcrübəsi çatır. Təhhlükəsizliyimizin qorunması yüksək səviyyədə təmin edilir. Bu müdafiə həm Qazax istiqamətində sərhəd qoşunlarına, həm də digər cəbhəboyu istiqamətlərdə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan qurumlarına aiddir”.

Hərbi-siyasi icmalçı deyib ki, bu gün Ermənistan hakimiyyətinin öz daxilindəki gərginlikdən diqqəti yayındırmaq məqsədilə atdığı bütün addımlar nəticəsiz qalacaq: "Onların problemin həllindən yayınıb bizə yönəltdikləri təxribatın qarşısı alınacaq. Ermənistan ordusu narahat olmalıdır ki, mövcud vəziyyətdə Ermənistanın Azərbaycana qarşı etdiyi hər hansı bir təxribat əkshücumla nəticələnə bilər. Belə olan halda daxili vəziyyəti gərgin olan Ermənistanda gərginlik daha da artacaq”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.


Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.


Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook