SON XƏBƏR

Pandemiya: dövlət dəstəyinin davam etdirilməsi gözlənilir - Millət vəkili

İyul 01
14:36 2020
"Növbəti dövrlərdə karantinin uzanma müddətinə görə dövlət tərəfindən fərqli dəstək formalarının həyata keçiriləcəyi gözləniləndir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlı işsiz vətəndaşlara 190 manat birdəfəlik yardımın iyun-uyul aylarında verilə biləcəyindən danışarkən deyib. 

Onun fikrincə, 190 manat birdəfəlik maliyyə yardımının əsas məqsədi işləməyən və əvvəlki dövrlərdə qeyri-leqal sektorlarda çalışan vətəndaşlarımıza karantin dövründə dəstəkdən ibarətdir:

"Nəzərə alsaq ki, əvvəlcə 200 min vətəndaşımıza belə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Daha sonra prezidentin göstərişi ilə bu rəqəm 3  dəfə artırlaraq 600 minə çatdırıldı. Aprel və may aylarında 600 min vətəndaşımız bu yardımlardan faydalana bildi. Daha sonra karantin müddətinin uzadılması ilə bağlı karantin tətbiq edilən 4 şəhər və rayonlarda bu yardımın verilməsi qərarlaşdırıldı. İyun ayında həmin vətəndaşlarımız may-aprel aylarında olduğu kimi, karantin zonada yaşayırlarsa, bu yardımlardan faydalanmaq imkanı qazandılar".

Onun sözlərinə görə, bu yardımın veriməsində məqsəd işləməyən vətəndaşlarımızın karantin dövründə sosial təminatını qorumaqdan ibarətdir:

"Çünki nəticə etibari ilə nəzərə alsaq ki, işləyən vətəndaşlarımız iqtisadi paket çərçivəsində aprel ayında yardım aldılar, aprel-may aylarında isə sahibkarlara yardımın həyata keçirilməsi reallaşdırıldı. Son rəqəmlər də göstərdi ki, kifayət qədər sahibkar dövlətin yardımından birbaşa faydalana biliblər. Növbəti dövrdə karantin müddətinin uzadılmasına uyğun olaraq qərarlar qəbul edilir. Nəzərə alsaq ki, iki həftəlik karantinin uzadılması ilə bağlı qərar qəbul edilib, bu, əsasən iyun ayının ikinci yarısına təsadüf edib. Buna görə də vətəndaşlara iyun ayında 190 manat yardımın verilməsi ilə bağlı qərar verilib. Və bu Baş nazir tərəfindən qəbul edilən qərardır".

Vüqar Bayramov hesab edir ki, növbəti dövrlərdə karantinin uzanma müddətinə görə  dövlət tərəfindən fərqli dəstək formalarının həyata keçiriləcəyi gözləniləndir: 

"Nəzərə alsaq ki, ölkə prezidenti də karantin dövründə pandemiyanın təsirlərinin minumumlaşdırılması və hətta fərqli sektorlara dövlət dəstəyinin artırılması ilə bağlı tapşırıqlar verir, bu baxımdan hələlik karantin iyulun 5-nə kimi nəzərdə tutulub. İki həftəlik karantin dövrünün nəticələrinə uyğun olaraq OQ tərəfindən qərar qəbul ediləcək. Ondan sonra isə qiymətəndirmənin aparılması, bütövlükdə dövlət dəstəyinin pandemiya dövründə davam etdirilməsi gözlənilir".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 21-dən ölkədə sərt karantin rejiminə keçidlə bağlı qərar imzalayıb. Əhalinin işləməyən təbəqəsinə 190 manat bitdəfəlik yardımın verilməsi ilə bağlı göstəriş verilsə də, hələ bu günə kimi deyilən məbləğ ünvanlarına çatmayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook