SON XƏBƏR

Partiya sədri: “Dövlət ailələri ikinci uşağın doğulmasına təşviq etməlidir...”

Dekabr 25
14:59 2020
"70 ildə ilk dəfədir ki, Azərbaycanda doğulanların sayı 100 mini keçməyə bilər, hətta bəlkə 80-90 minə düşdü. Söhbət 2021-ci ildən gedir".

Qaynarinfo xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. Sədr sonuncu belə halın 1950-ci ildə baş verdiyini bildirib:

"Səbəb – sərt karantin məhdudiyyətləridir. Son 50 il ərzində ən çox uşaq 1991-ci ildə (190 min), ən az isə 2001-də doğulmuşdu (110 min). Son beşillikdə orta hesabla hər il 140-150 min uşaq doğulurdu. Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur, o cümlədən əvvəlki müharibələrin və digər şokların demoqrafik dalğaları".

İlqar Məmmədov bunu nikah sayının azlığı ilə əlaqələndirib:

"Bu amilin təsiri getdikcə daha da artır, çünki əvvəllər ailələr 2-4 uşaq dünyaya gətirirdisə, indi 1-3 uşaqla kifayətlənir.

Nikah sayı son 5 il ərzində ildə 62-68 min arasında olub. Amma 2020-ci ilin 10 ayında heç 30 minə çatmadı. Bu isə gələn il doğulmayan on minlərlə birinci uşaq deməkdir.

O ki qaldı ikinci uşağa, sərt karantin rejimi yüz minlərlə vətəndaşı işsiz, çətin iqtisadi durumda qoyduğu bir halda onların mart ayından bu yana evdə qalıb ikinci uşaq planlaşdırmaları heç inandırıcı gəlmir. Beləliklə, sərt karantin bir tərəfdən diriləri qorumur (həm də öldürür, çünki onun özünün ayrıca öldürücü gücü zəif deyil), digər tərəfdən isə uşaqların doğulmasının qarşısını çox təsirli şəkildə alır".

Partiya sədri qeyd edib ki, sözügedən azalma baş verərsə, dövlət hər ailədə ikinci uşağın doğulmasını həvəsləndirən yeni sosial dəstək paketi ilə çıxış etməlidir:

"Bu mövzunu diqqət mərkəzində saxlamalıyıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook