SON XƏBƏR

Paşinyan arvadını müdafiə etdi: “O da hardasa gizlənməli idi”

Noyabr 27
17:47 2020
Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı arvadı Anna Akopyanla bağlı epizoda toxunub.

Keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan Anna Akopyanın Xankəndində ordunun mərkəzi idarəetmə məntəqəsində olduğunu söyləmişdi.

Paşinyan bu faktı təkzib etməyib. "Əhalinin 70%-nin tərk etdiyi şəhərdə mənim həyat yoldaşım da hardasa gizlənməli idi. O şəxsən əhaliyə su və ərzaq paylayırdı. Onun bu vətənpərvər səylərini niyə mənfi şəkildə işıqlandırmalıyıq?”-deyə Paşinyan müraciətində əlavə edib.

O, Qarabağ döyüşləri zamanı cəmiyyətə yalan xəbərlər verməsi barədə ittihamları rədd edib. Paşinyanın fikrincə, hərbi vəziyyət şəraitində əhalini panikaya salmaq qadağan idi.
 
modern.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook