Paşinyan: ““İsgəndər” raketlərini atdıq, partlamadı”
Fevral 24
06:02
2021
Ermənistan baş naziri Nikol Paşinyan 1in.am agentliyinə geniş müsahibə verib.
Müsahibə zamanı Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın "İsgəndər” raketlərinin müharibənin ilk günlərində istifadə olunmaması ilə bağlı verdiyi açıqlamaya cavab verib. Paşinyan Rusiyadan satın alınan həmin raketlərin Qarabağ döyüşlərində tətbiq olunduğunu, sadəcə partlamadığını deyib.
Nikol Paşinyanın "İsgəndər” raketlərinin partlamaması barədə açıqlamasının silah istehsal edən Rusiyanın hakim dairələrinin ciddi narazılığa səbəb olacağı gözlənilir. Kreml həmin raketləri yalnız Ermənistana satmışdı.