SON XƏBƏR

Paşinyanın korrupsiyaya qarşı ABŞ-dan dəstək istəyinin məqsədi - Politoloq

İyul 10
16:21 2020
"Nikol Paşniyan düşünür ki, Amerikaya belə müraciət edib mütəxəssis çağırmaqla  Ermənistan və özü Amerikanın gözündə bir qədər irəliləyəcək".
  
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu ABŞ Dövlət Departamentinin Ermənistan hökumətinə korrupsiyaya qarşı mübarizədə kömək etmək üçün bir mütəxəssis göndərməsi ilə bağlı məlumatı şərh edərkən deyib. Onun sözlərinə görə, Amerikadan mütəxəssis cəlb etməkdə Nikol Paşniyanın bir neçə məqsədi ola bilər:

"Birincisi, bununla o, Qərbə göstərə bilər ki, korrupsiya ilə Ermənistanda guya ciddi mübarizə gedir və bu problemi həll etməyə çalışır. İkincisi isə Amerika ilə yaxın münasibətlər qurmağa çalışdığını ortaya qoya bilər. Çünki demək olmaz ki, Amerika ilə çox da sıx münasibətləri var. Hakimiyyətə gələndə Amerikaya böyük ümidləri vardı. Düşünürdü ki, Amerika onu Rusiyanın təsir və təzyiqlərindən qoruyacaq".

Politoloq Amerika üçün Ermənistan çox kiçik dövlət olduğunu deyir:

"Ermənistan Tpramp üçün əhəmiyyətsizdir. Nikol Paşniyan düşünür ki, Amerikaya belə müraciət edib mütəxəssis çağırmaqla  Ermənistan və özü Amerikanın gözündə bir qədər irəliləyəcək.  Bu da Amerika-Ermənistan əməkdaşlığını bir az da irəliyə apara bilər".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistan hökumətinə korrupsiyaya qarşı mübarizədə kömək etmək üçün bir mütəxəssis işə götürmək niyyətindədir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook