SON XƏBƏR

Paytaxtın 544 küçəsi dezinfeksiya olundu

İyul 04
20:34 2020
Bu gün iyul ayının 4-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilib ki, saat 18-00-a kimi davam edən tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarda ümunilikdə, 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook