SON XƏBƏR

Pirallahı sakinləri “Azəristilik” ASC-dən şikayət edirlər

Noyabr 16
16:42 2019
Bir neçə gün öncə "Azəristilik” ASC noyabrın 15-dən yaşayış binalara istiliyin veriləcəyini açıqlayıb. 

Lakin noyabrın 16-sı olmasına baxmayaraq, paytaxtın bir çox ərzilərində hələ də istilik sistemləri istifadəyə verilməyib. 

Pirallahı rayonun sakinləri də istiliyin verilməməsindən şikayət edirlər. 

Toplum Tv Pirallahı rayonunun istilik təchizatının sahə rəisi Arzu Orucovla əlaqə saxlayıb.

Arzu Orucov deyib ki, problem "Azəriqaz”-a olan borca görədir: "Xəttə qaz olmadığına görə, biz istiliyi verə bilmirik. Biz dotasiya ilə işləyən təşkilatıq. Dövlət pul ayırmalıdır ki, qaz idarəsi qazı buraxsın”.

"Azəristilik”-in mətbuat katibi bundan öncə  mətbuata açıqlamasında deyib ki,  "Azəristilik” qışa hazırdır, noyabrın 15-dən binalara istiliyin verilişinə başlanılacaq.

O qeyd edib ki, respublikanın dağlıq və dağətəyi rayonlarında noyabrın 10-dan, Bakı şəhərində isə noyabrın 15-dən başlayaraq 550 qazanxana vasitəsilə 3850 yaşayış binası, o cümlədən 180 mindən çox mənzil, habelə 290 məktəb,150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. "Abunəçilərin istiliklə təchizatı üçün hazırlıq işlər yekunlaşıb. İstilik sistemində ən vacib sahələrdən birinin magistral xətlərin olduğu nəzərə alınaraq 990 kilometr xətt yuyulub və hidravlik təzyiqlə yoxlanılıb, 44,1 kilometr məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub. Bundan başqa, 515 ədəd ehtiyyat su çəni yoxlanılaraq hazır vəziyyətə gətirilib. 2970 ədəd çirktutan təmizlənib və 535 ədəd qaz təsərrüfatı baxışdan keçirilərək 150 kilometr qaz xətti yoxlanılıb”.

R.Əliyev qeyd edib ki, abunəçilərin şikayətləri 24 saat ərzində 956 çağrı mərkəzi tərəfindən qeydə alınacaq, onlarla əlaqə saxlanılacaq.

Məsələ ilə bağlı qurumun çağrı mərkəzinə zəng vursaq da, götürən olmadı.

Toplum TV "Azəriqaz”la əlaqə saxlamağa çalışıb, lakin problemlə bağlı sualı cavablandıran olmayıb.

İqtisadçı ekspert Toğrul Maşallı Toplum TV-yə deyib ki, keçən il Nazirlər Kabinetinin qərarı ilə "Azəristilik”in  bütün borcları dövlət tərəfindən ödənilməli idi: ”Bu barədə "Azəristilik” və "Azəriqaz” arasında məhkəmə qərarlarında əks olunub. Biz qərarı görməmişik, amma məhkəmə razılaşmasında qeyd olunub". 

Toğrul Maşallının sözlərinə görə, "Azəristilik” dotasiya alır, bu dotasiya hesabına borclar bağlanmalıdır: ""Azəristilik” çox da şəffaf  təşkilat deyil. Onun xərclərini demək olar ki, bilmirik, hətta  rəsmi saytında yalnız bu yaxınlarda 2017-ci ilin hesabatı yerləşdirilib. Dotasiya o anda verilir ki,  hansısa xidmət göstərilir, xidmət göstərildiyi üçün xərclərin hansısa hissəsini istifadəçilər, digərini isə dövlət ödəyir. Amma onların borcları uzun müddətdir ki, formalaşıb. "Azəriqaz” da bu borclara görə onları dəfələrlə məhkəməyə verib”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi "Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

Bunu "Report”a açıqlamasında "Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov təmsil etdiyi qurumun əhalinin istiliklə təminatına problem yaratması (qadağa qoyması) barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

"Azəristiliktəchizat”ın "Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də, qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, bu dəqiqələrdə təchizatı bərpa etmişik. Əhaliyə istilik verilə bilər”, - deyə o qeyd edib. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook