SON XƏBƏR

Polad Həşimovun adı küçəyə verildi - FOTO

Yanvar 14
00:35 2021
Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.

Modern.az-ın məlumatına görə, şəhid general-mayorun adını bildirən lövhə artıq həmin küçəyə vurulub.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur.
O, Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalıdır.

Polad Həşimova Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Şəhid general II Fəxri Xiyabanda dəfn olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook