SON XƏBƏR

Politoloq: “Bu, Azərbaycana psixoloji təzyiq xarakteri daşıyır”

Oktyabr 29
16:33 2020
"Bu, Azərbaycana psixoloji təzyiq xarakteri daşıyır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya hərbçilərinin Azərbaycan Ermənistan sərhədinə yerləşdirilməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

"Mehri və Gorus rayonları ərazisində Rusiyanın əsgərləri yerləşdirilir. Düzdür, ordu hələ ki, hərəkət etmir, Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyatlar həyata keçirməyib. Sadəcə olaraq, guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi və təşkilat haqqında müqavilədəki maddələrə uyğun olaraq həmin mövqelərdə yerləşdirilib”, - politoloq deyib.

Qabil Hüseynli qeyd edib ki, bütövlükdə həmin ordunun orada yerləşdirilməsi arzuedilməzdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook