SON XƏBƏR

Polkovnik Cəlil Xəlilov: "Afət Həsənova Ulu öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsidir"

Fevral 05
15:03 2020
"Afət Həsənova Ulu öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsidir".
 
Qlobal.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülən Afət Əbil qızı Həsənovanın şəxsiyyəti və fəaliyyəti barədə fikir səsləndirərkən bildirib.
 
Cəlil Xəlilov uzun illərdən bəri tanıdığı Afət Həsənovanı qayğıkeş, humanist, yüksək təşkilatçı və zəngin mənəvi dünyaya sahib olduğunu qeyd edib: "Mən Afət Həsənovanı uzun müddətdir tanıyıram. Onun yüksək mənəvi keyfiyyətləri, vətəndaşlar qarşısında səmərəli fəaliyyətini təqdirəlayiq hesab edirəm. Fəaliyyəti dövründə idarəçilik qabiliyyəti və daima işinə məsuliyyətlə yanaşması Afət xanıma insanların dərin sevgisini qazandırmışdır. İşlədiyi müddətdə rayon sakinlərinin, xüsusən də şəhid ailələrinin, veteranların, valideyn himayəsindən məhrum olan uşaqların eləcə də qayğıya ehtiyacı olan hər kəsin problemlərinə həssas yanaşmış, həlli yolunda əlindən gələni əsirgəməmişdir.
 
O, əsl vətənpərvər Azərbaycan xanımıdır, Ulu öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsidir".

Polkovnik Cəlil Xəlilov 32 saylı Suraxanı Üçüncü seçki dairəsinin sakinlərini 9 fevral tarixində seçki məntəqələrinə gələrək Afət Əbil qızı Həsənovaya səs verməyə çağırıb.
 
"Mən Yeni Azərbaycan Partiyası tərəfindən Afət Həsənovanın Milli Məclisə 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən namizədliyinin irəli sürülməsini alqışlayır və daha güclü Azərbaycan naminə Suraxanı seçicilərini ona səs verməyə çağırıram."-deyə, qeyd edib.
 
Qlobal.az







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook