SON XƏBƏR

Pompeo açıq şəkildə Rusiyanın ABŞ düşməni olduğunu dedi

Dekabr 19
11:40 2020
ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanı Amerikanın düşməni adlandırıb. 

Qaynarinfo xəbər verir ki, o, bunu Mark Levin radio şousuna verdiyi bir müsahibəsində söyləyib. ABŞ rəsmilərindən ilk dəfədir belə bir qiymətləndirmə eşidilir. 

Adətən siyasətçilər Rusiyanı "rəqib” sözü ilə ifadə edirlər. Bununla birlikdə, Pomeo, düşmənçilikdən danışarkən, son zamanlarda Rus mütəxəssislərinə aid edilən haker hücumlarına toxunub.

Diplomat əmindir ki, Rusiyanın bu səyləri "ABŞ-ın əvəz ödəməsini təmin etmək” üçündür.

Eyni zamanda, Pompeo siyahıdakı tək düşmənin Rusiya olmadığını inkar etmir. Bundan əlavə, dövlət katibi indi Rusiya Federasiyasından daha çox Çindən narahatdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook