SON XƏBƏR

Prezident generalla bağlı sərəncam imzaladı

Sentyabr 16
13:09 2020
Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov "Şöhrət” ordeni ilə təltif edilib.

Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, general-polkovnik Vaqif Axundov 1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi, 2 iyun 2003-cü ildən 16 mart 2020-ci ilə qədər Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi olub. Bu gün onun 70 yaşı tamam olur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook