SON XƏBƏR

Prezident İlham Əliyev 4 ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib (FOTOLAR)

İyul 23
12:49 2019
Prezident İlham Əliyev iyulun 23-də Kolumbiyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

Qlobal.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Dövlət başçısı Malayziyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

Prezident İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini də qəbul edib.
 
Qlobal.az
 

 

 

 

 

 

 
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook