SON XƏBƏR

Prezident İlham Əliyev: "Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir"

İyul 06
00:09 2019
"Pirallahı rayonunda doğrudan da işlər sürətlə gedir. Quruculuq işləri geniş vüsət almışdır. İş yerlərinin yaradılması istiqamətində də işlər aparılır. Qeyd etdiyiniz kimi, bir müddət bundan əvvəl şpris zavodu istifadəyə verildi”.
 
 

Qlobal.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcburi köçkünlərlə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, digər böyük dərman preparatları zavodunun tikintisi gedir və bu zavodun fəaliyyəti nəticəsində yenə də iş yerlərinin yaradılması nəzərdə tutulur:

"Burada, Pirallahı rayonunda köçkünlər uzun illərdir ki, yaşayırlar. Köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Laçın rayonu 1992-ci ilin may ayında işğal altına düşmüşdür. Laçın və Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratdı. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanın işğalçı siyasətinin qarşısının alınması üçün böyük səylər göstərilmişdir. Uğurlu Horadiz əməliyyatı aparılmışdır. Beləliklə, Azərbaycan işğal olunmuş torpaqların bir hissəsini azad edə bilmişdir.

Sonrakı dövrlərdə ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Bu işlərin nəticəsində 2016-cı ildə torpaqlarımızın bir hissəsi də işğalçılardan azad edildi. Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook