SON XƏBƏR

Prezident İlham Əliyev Murad Köhnəqalaya ev hədiyyə etdi

İyul 23
16:24 2019
Prezident İlham Əliyev şair Murad Köhnəqalaya mənzil hədiyyə edib.
 
Qlobal.az xəbər verir ki, bu barədə məlumatı Murad Köhnəqala feysbukda yazıb.
 
"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. 
Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.
 
Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! 
 
Qoy həmişə günəş olsun!".
 
Xarıtladaq ki, bir müddət öncə bir sıra jurnalist və yazıçılar Murad Köhnəqalanın mənzillə təmin edilməsi barədə ölkə rəhbərinə müraciət ünvanlamışdılar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook