SON XƏBƏR

Prezident İlham Əliyevdən vitse-prezidentlərlə bağlı SƏRƏNCAM

İyun 28
00:47 2019
Azərbaycanın Birinci Vitse-Prezidenti və Vitse-Prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinə ezamiyyə xərcləri ödəniləcək.

Qlobal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, "Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nın 4-cü hissəsinə, habelə "Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinə "Azərbaycan Respublikası Prezidentinin” sözlərindən sonra ", Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin” sözləri əlavə edilir.

Dəyişikliklə, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinin mehmanxana xərcləri təqdim edilmiş sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinin gündəlik xərcləri müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində ödənilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook