SON XƏBƏR

Prezidentdən “Karantin rejimi nə qədər davam edəcək?” sualına cavab

İyul 07
11:46 2020
"Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır"

Bu sözləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı səsləndirib.  

"Bu cür karantin rejiminin nə qədər davam edəcəyini proqnozlaşdırmaq olar?" sualını cavablandıran dövlət başçısı bildirib ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib: 

"Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik". 
 
(Qaynarinfo.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook