SON XƏBƏR

Professor: “Karantin şərtlərinə etinasız davranış..."

May 01
11:01 2020
"Hər an infeksiyanın ikinci dalğası, reinfeksiya başlaya bilər”.

Qlobal.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu professor Adil Qeybulla deyib. 

Professor karantin qadağalarının bir qismi dəyişdirildiyini bildirib:

"Bu gün sanki ölkədə heç bir problem olmayıb. Pandemiyanın başlanğıcında olduğu kimi, aprelin 20-dən sonrakı yeni situasiyada da insanların davranış qaydaları ilə bağlı heç bir izahat işi aparılmadı və aparılmır. İnsanların çoxu küçəyə axışmağa başlayıb, sosial məsafə gözləmədən, maskasız gəzirlər. Bəs karantin şərtləri necə olacaq? Açılan ticarət obyektlərində bu şərtlərə əməl ediləcəkmi? Ticarət obyektlərinə giriş limiti, orada sosial izolyasiya və dezinfeksiya tədbirlərinə necə əməl olunacaq? Karantin şərtlərinə bu cür etinasız davranış şərtləri arzuolunmaz nəticələrə gətirib çıxara bilər”. 

Adil Qeybulla qeyd edib ki, respirator infeksiyalar bir qayda olaraq kollektiv immunitetin yaranması ilə yoxa çıxır:

"COVID-19 ştamına qarşı ölkəmizdə kolllektiv immunitet yaranmayıb. Hər an inkeksiyanın ikinci dalğası, reinfeksiya başlaya bilər. Bu isə daha ağır nəticələr gətirə bilər. Azərbaycan hökuməti məsələyə təcili reaksiya verib qəti tədbirlər görməlidir. Əhali arasında izahat işi gücləndirilməlidir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook