Prokurorluq bəraət almış şəxslə bağlı protest verib
Sentyabr 16
11:56
2019
Narkotik maddələrin istifadəsində təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin Əliyev barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən narazı olan Baş Prokurorluq protest verib. Prokurorluğun protesti Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun icraatına verilib.
Məhkəmə baxışı sentyabrın 20-ə təyin edilib.
Qlobal.Az