SON XƏBƏR

Putin Polşa səfirini “əclaf” adlandırdı

Dekabr 25
01:41 2019
Əclaf, antisemit donuz. Onu başqa cür adlandırmaq olmaz.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Polşa səfirinin Varşavada Hitlerə abidə ucaltma təklifini xatırladarkən deyib.

Bu barədə REN TV xəbər yayıb.

Bildirilir ki, söhbət İkinci Dünya Müharibəsində Almaniyadakı Polşa səfirindən və nasistlərin yəhudiləri Avropa ölkələrindən Afrikaya qovma planlarından gedir.

"Hitler 1938-ci ildə yəhudilərin Afrikaya qovulmasını təklif etdi. Polşa səfiri razılaşdı və ona abidə ucaltmağı təklif etdi”, - deyə Putin vurğulayıb.

Rusiya Prezidenti sözlərini 30-cu illərin sənədindən çıxarışla təsdiqləyib.

RF Dövlət başçısı çıxışı zamanı Rusiyada İkinci Dünya Müharibəsində döyüşən ata və babaların da xatirəsini yad edib.

Qeyd edək ki, Polşa İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Çexoslovakiyanın bölünməsində fəal iştirak edib. //virtualaz.org//


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook