SON XƏBƏR

Qanunlardan şikayət edən Abdulbari Gozalın şirkətlərinin - Siyahısı

İyun 10
11:17 2019
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda inhisarçılığın olmadığını bəyan etsə də, artıq hər kəsə bəllidir ki, ölkənin qida sənayesinin böyük bir hissəsi məhz "Azərsun Holding"in nəzarətindədir. 

Belə ki, adıçəkilən şirkət bu sektorda inhisarçı mövqeyə sahib olduğundan yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq mallarının qiymətini bazarın tələb-təklif münasibətlərinə görə deyil, holdinqin prezidenti Abdulbari Gozalın şəxsi kommersiya maraqlarına əsasən müəyyənləşdirir.

Təbii ki, bu da son nəticədə bazarda süni qiymət artımına gətirib çıxarır. Məsələnin maraqlı tərəfi ondadır ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat naziri Şahin Mustafayev bütün bunlardan məlumatlı olsa da, hələ də "Azərsun Holding"in monopolist mövqeyinin zəiflədilməsi, o cümlədən ərzaq bazarında rəqabət mühitinin formalaşdırılması istiqamətində təsirli addımlar atılmayıb. Bu isə onu deməyə əsas verir ki, Abdulbari Gozalın qida sənayesini nəzarətində saxlaması kimlərinsə maraqları ilə üst-üstə düşür.

Gozalın gündəmə gəlməsinin səbəbi isə onun etdiyi son çıxış olub. Belə ki, A. Gozal bu günlərdə Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı dövlətin iqtisadiyyatda uğurlu ola bilməyəcəyini vurğulayıb: "Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç. Dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz. Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, Prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar". 

Bununla yanaşı, Abdulbari Gozal Azərbaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu bildirib: "Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim ona inamım, simpatiyam artdı. Bu baxımdan, qanunlarımızın daha da ədalətli olmasını arzulayıram".

İndi oxucularımıza dövlətdən yol açılmasını tələb edən A. Gozalın sahib olduğu şirkətlərin siyahısını təqdim edirik. 

"Azərsun Holding"in tərkibinə daxil olan şirkətlər: 

1. "Azərbaycan Duz istehsalat Birliyi" QSC, 

2. "Azərsun Ticarət və Dağıtım" MMC, 

3. "Bakı Qida və Yağ Fabriki" MMC, 

4. "İnnova Konstrakşn ənd Kontraktinq" MMC, 

5. "Kürdəmir Süd Emalı Zavodu" MMC, 

6. "Qafqaz Ticarət" MMC, 

7. "Sun Food Service" MMC, 

8. "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC, 

9. "Qafqaz Konserv Zavodu" MMC, 

10. "Sun Tea Çay Fabriki" MMC 

11. "Green Tech" MMC 

Həmçinin...

12. "Lənkəran Konserv Zavodu" ASC, 

13. "Qazax Konserv Zavodu" MMC, 

14. "İntepe Ofşor LLC", 

15. "Muğan Enerci LLC", 

16. "Azərsun Humanitar Fondu", 

17. "Svit Star" MMC, 

18. "Sumqayıt Plastik Emal Zavodu" MMC, 

19. "Gözəl Təbiət" MMC, 

20. "Qusar-İstixana" MMC, 

21. "Qusar-Agro" MMC 

Əgər A. Gozalın yolu bağlıdırsa, o zaman illik büdcəsi milyonlar olan bu şirkətlərə necə sahib olmaq mümkündür. Uzun illərdir Azərbaycanda ərzaq bazarını nəzarətdə saxlamaq, inhisarçı mövqeyə sahib olmaq necə mümkün olub?
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook