SON XƏBƏR

Qarabağ əlillərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə etiraz – FOTO

Sentyabr 22
11:58 2020
Qarabağ əlilləri onlara verilən mənzillərin sənədləşdirilməməsindən narazıdır.

Qlobal.az xəbər verir ki, onlar Sumqayıt şəhər İcra Hakimiyyətindən şikayətçidir. Əlillər bildirir ki, İcra Hakimiyyəti tərəfindən ailə üzvləri onlara verilən mənzillərə qeydiyyata salınmasına icazə vermir. İddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlillərinə verilən mənzillərin İcra Hakimiyyəti tərəfindən onlara kirayə müqaviləsi ilə verilib.

Bildirilir ki, Qarabağ əlillərin biri dünyasını dəyişərsə, ona verilən mənzil ailə üzvlərindən alınır, başqasına satılır.

Əllillər həmçinin yaşadıqlara binada communal problemlərin olduğunu bildirib. Beləki binaya suyun verilişi tez-tez kəsilir.
 
(Cebhe.info)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook