SON XƏBƏR

Qarabağ müharibəsi əlillərinə verilən təqaüd və müavinətlər artırılacaq

Dekabr 27
23:23 2020
Şəhid ailələri üzvlərindən artıq 1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyinatı aparılıb. Dövlət Sosial Müdafiə Fondu (DSMF) Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.

DSMF-nin idarə heyətinin sədri Himalay Məmişov deyib ki, bu ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə aparılmasına imkan verib.

Nazirlik tərəfindən xüsusi önəm verilən məsələlərdən biri də şəhid ailələri üzvlərinin məşğulluq məsələlərinin həll edilməsi və aktiv məşğulluq tədbirlərinə cəlb olunmasıdır.

Müharibə əlilləri üçün ayrılan müavinət və təqaüdün məbləğinin də artırılması ilə bağlı tədbirlər görülür. Artıq bununla bağlı təkliflər hazırlanıb və hökumətə təqdim edilib.//Xəzər TV



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook