SON XƏBƏR

Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı

Oktyabr 25
10:44 2020
Qarabağda könüllü döyüşməyə gələn erməni müğənni Artur Xaçents fərarilik edib. 

Bu barədə hayeli.am saytı məlumat yayıb. Bildirilib ki, cəmi 10 gün əvvəl döyüşlərə qatılan "milli ulduz" müsabiqəsinin qalibi döyüşməkdən imtina edərək İrəvana dönüb.  

Artur Xaçents cəbhədə ermənilərin vəziyyətinin ağır olduğunu, şiddətli döyüşlərin bir gün belə səngimədiyini dilə gətirib. 

Müğənninin bu hərəkəti sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb. "Qorxaq", "silahını atıb qaçan", "qorxurdun, niyə gedirdin?" kimi tənqidlərə hədəf olub.//Modern.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook