SON XƏBƏR

"Qarabağ"dan Nurlan İbrahimovla bağlı açıqlama

Noyabr 02
12:24 2020
"Qarabağ" klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı açıqlama yayıb.

Fanat.Az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, məlumatda İbrahimovun bir neçə gün öncə "Facebbok" sosial şəbəkəsindəki paylaşımının klubun mövqeyini əks etdirmədiyi bildirilib.

Həmçinin qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən Mətbuat katibinə qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib.

"Son günlərdə Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi xəbərini və görüntülərini sosial şəbəkədə izləyərkən psixoloji travma keçirən və həmin anın emisonallığına qapılan klubumuzun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz " Facebook" səhifəsində təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və "Qarabağ” Futbol Klubunun prinsiplərinə zidd olan sözlərdən istifadə edib.

Bildiririk ki, qəddarlığa qarşı duyğusal hisslərini ani olaraq idarə edə bilməyən N.İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan peşmançılıq çəkərək sildiyi ifadələr şəxsən özünə aid olmaqla "Qarabağ” Futbol Klubunun mövqeyini əks etdirmir və klubumuz tərəfindən dəstəklənmir.

N.İbrahimovun hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən Nurlan İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilmişdir.

Bununla yanaşı, klubumuzun Daxili Nizam İntizam kodeksinə uyğun olaraq Nurlan İbrahimovun hərəkəti İntizam Komisiyasında müzakirə edilərək barəsində müvafiq intizam tənbehi tətbiq ediləcəkdir.

"Qarabağ" Futbol Klubu bir daha bəyan edir ki, klubumuzun əməkdaşları bu həssas dönəmdə belə paylaşımlardan uzaq durmalı, humanizm prinsiplərinə sadiq qalmalı və dövlətimizin qanunlarına tam əməl etməlidirlər", - açıqlamada bildirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook