SON XƏBƏR

Qənirə Paşayeva atəş xəttində jurnalistlərə danışdı - "Vandalizm erməninin qanındadır"

İyul 14
12:07 2020
"Mən bu rayonda doğulmuşam. Əzizlərimizi, yaxınlarımızı ən ağır döyüşlərdə itirmişik, şəhid vermişik. İşğalçı Ermənistanın mahiyyəti bu olub".

Musavat.com xəbər verir ki, bu sözləri hazırda Tovuzun ən qaynar nöqtəsi olan Ağdam kəndində jurnalistlərə müsahibə verən zaman millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, vandalizm ermənilərin qanında, canındadır: "Onlar sadəcə bu istiqamətdə deyil, ön cəbhənin müxtəlif istiqamətlərində həmişə sivil insanları, kiçik uşaqları, yaşlıları, qadınları vurublar. Bu, işğalçı Ermənistanın hər zaman atdığı addımlardır."

Müsahibəyə tam formada aşağıdakı videodan baxa bilərsiz:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook