SON XƏBƏR

Qubadlı icra Hakimiyyəti yeni avtomobil alır? - Rəsmi açıqlama

Avqust 13
16:32 2020
Qubadlı rayon İcra Hakimiyyəti yeni avtomobil almaq istəyir.
 
AzFakt.com xəbər verir ki, Qubadlı rayon İcra Hakimiyyəti bu barədə kotirovka sorğusu elan edib.
 
Sənəd qəbuluna cari ilin sentyabr ayının 9-da yekun vurulacaq.
 
Satınalma komissiyasının sədri İcra Hakimiyyətinin baş mühasibi, sektoru müdiri Təranə Cəfərovadır.

Sayt məsələ ilə əlaqədar Qubadlı rayon İcra Hakimiyyətindən mövqe öyrənib.
 
İcra Hakimiyyətindən bildirdilər ki, sifariş olunan avtomobil Qubadlı rayon İcra Hakimiyyətinin başçı üçün nəzərdə tutulmayıb. 

"Keçirilən tender Rayon Kommunal Müəssisələri Kombinatına xidməti avtomobil alınması üçündür. Bu da 2020-ci ilin büdcəsində nəzərdə
tutulmuşdur. Rayon Kommunal Müəssisələri Kombinatı (KMK) 20-ilə yaxındır fəaliyyətini Sumqayıt şəhərində bərpa etmişdir. Hal-hazirda Kombinat əhalimizin məskunlaşdığı Abşeron rayonu Stansı Sumqayıt ərasində yeni şəhərcikdə və Sumqayıt şəhərində təmizilik işləri apardığından xidməti avtomobilə ehtiyac yarandığı üçün həyata keçirilir".
 
Qeyd edək ki, 40 min əhalis olan Qubadlı rayonu 1993-cü ilin avqust ayının 31-də Ermənistan tərəfindən işğal edilib.
 
Xatırladaq ki, Malik İsaqov 2001-ci ildən Qubadlı rayon İcra Hakimiyyətinin başçısıdr.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook