SON XƏBƏR

Qubadlı və Laçın uğrunda döyüşlərin qəhrəmanına çevrilən şəhidimiz

Yanvar 06
00:30 2021
Qırx dörd günlük Vətən Müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Cəfərov Araz Səmədağa oğludur. "Report”un Muğan bürosu xəbər verir ki, Araz Cəfərov 1993-cü ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub.

O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmət edib.

Araz Cəfərov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda iştirak edib.

Araz dəfələrlə ağır döyüşlərdə şəxsi fədakarlıqlar göstərərək cəsurluğu ilə seçilib. O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Araz Cəfərovun nəşi 1 ay sonra tapılaraq Cəlilabad rayonuna gətirilib və doğulduğu kənd qəbiristanlığında dəfn edilib.

Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda”, "Qubadlının azad olunmasına görə” və "Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook