SON XƏBƏR

Qulu Məhərrəmlinin əsəri Türkiyədə çap edildi (FOTO)

Mart 12
11:54 2021
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin "Radio teatr sənəti” adlı monoqrafiyası Ankarada "Gülnar yayınları” nəşriyyatında çap olunub. 

Qlobal.az xəbər verir ki, tanınmış jurnalist, filologiya elmləri doktoru, İstanbul Yeni Yüzyıl Ünversitetinin Media və jurnalistika kafedrasının müdiri, professor Yucel Sarı kitabın ön söz müəllifidir. 

Y.Sarı Azərbaycan radiosunun tarixi, onun bədii verilişlər sistemi, dram sənətinin bir qolu kimi radioteatrın inkişafı, bu sahənin formalaşmasında rolu olan böyük sənətkarlar haqqında məlumat verib, professor Q.Məhərrəmlinin mediadakı çoxşaxəli fəaliyyəti və elmi yaradıcılığından bəhs edib. 

Monoqrafiya haqqında nüfuzlu media və teleradio mütəxəssisləri - professorlar Aysel Aziz və Kamile Akgül yüksək rəy bildirərək Azərbaycanda radioteatr sənətinin yüksək inkişafını və bu sahədə Türkiyədə də öyrənilməsi zəruri olan təcrübə topladığını xüsusi qeyd ediblər.

Redaktorları Hamit Gök və Hüseyin Soytürk olan radio teatr haqqında kitab nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib.
 

 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook