SON XƏBƏR

"Rabitəbank”-da yarım milyonluq mənimsəmə

Aprel 21
16:53 2021
"Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Sadıqzadə Cəfər Ceyhun oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Qaynarinfo-ya Lənkəran rayon prokurorluğundan məlumat verilib. 

Araşdırmalarla Cəfər Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilmiş kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

20 aprel 2021-ci il tarixdə Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook