SON XƏBƏR

Radikal erməni təşkilatlarının təhdidlərinə qarşı diplomatik nümayəndəliklərimizin mühafizəsi gücləndirilib

İyul 15
17:55 2020
"Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib”.

APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı məlumatda bildirilib.

Qeyd olunub ki, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook