SON XƏBƏR

Ramin Əhmədov: "O adamların nə siyasətdən anlayışı var, nə də mədəniyyətdən"

May 18
17:04 2020
"Milli Şura adlanan, əslində isə anti-milli fəaliyyətlə məşğul olan amorf bir təşkilatın keçirdiyi "videokonfrans”da dilə gətirilən qeyri-etik ifadələr, qeybət xarakterli fikirlər müxalifət adına iddia edən məlum zümrənin əsl mahiyyətini bir daha ortaya qoydu. Hər kəs üçün aydın oldu ki, Cəmil Həsənli və Əli Kərimli kimi qrant dəllallarının başına toplaşanları nə xalq maraqlandırır, nə də xalqın maraqları. Bu adamların təfəkkürü küçə uşaqlarının düşüncə tərzindən o tərəfə keçmir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədr müavini Ramin Əhmədov "Milli Şura”nın keçirdiyi məlum "videokonfranslar” barədə danışarkən deyib.

R.Əhmədov qeyd edib ki, sözügedən onlayn "müzakirələr” Milli Şuranın rəhbərliyində təmsil olunanların əsl simasını, iç üzlərini əks etdirir: "Bu adamlar normal siyasi diskusiya aparmaq bacarığında və ağlında deyillər. Hətta elementar nəzakət qaydalarından belə xəbərsizdirlər. Çürük leksikona, dayaz düşüncəyə malik olan Milli Şura "ideoloqlarının” özləri açıq şəkildə nümayiş etdirdilər ki, siyasətdə təsadüfi adamlardır və Azərbaycan, xalq adını dilə gətirməyə belə haqları yoxdur”.

YAP yetkilisi hesab edir ki, Milli Şuranın rəhbərliyində təmsil olunanların hamısının yeganə marağı xarici təşkilatlardan qrant almaq və bununla ciblərini doldurmaqdır: "Həmin o "müzakirələr” sözün həqiqi mənasında biabırçılıq nümunəsidir. Bir nəfərin dilindən normal fikir səslənmədi. İzləyicilərin eşitdiyi ancaq səviyyəsiz replikalar, ikrah yaradan gülüşlər oldu. Artıq heç kəsdə şübhə qalmadı ki, Milli Şuranı idarə edənlər sırasında cəmləşənlərin nə siyasətdən anlayışı var, nə də mədəniyyətdən. Təsadüfi deyil ki, Milli Şuranın Koordinasiya Mərkəzində təmsil olunmuş və bu günlərdə istefa verən kinorejissor Eldəniz Quliyev də indi bu dəstənin daxilində milli-mənəvi dəyərlərdən uzaq davranışlara yol verildiyindən danışır. Deyir ki, Milli Şurada xalqın mənafei, milli-mənəvi dəyərlərə sayğı, dövlət maraqları və sairə bu kimi kriteriyalar ciddi şəkildə pozulur, təhrif olunur. Hələ üstəlik onu da vurğulayır ki, Cəmil Həsənli əqidə mutasiyasına uğrayıb. Bütün bunları Milli Şuranı yaradanlardan biri deyirsə, daha bizim əlavə nəsə deməyimizə ehtiyac qalmır. Əsl həqiqəti özləri açırlar”.
 
Missiya.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook