SON XƏBƏR

Ramin Əhmədov: “Prezidentin hər bir çıxışı vətandaşlarda böyük ruh yüksəkliyi yaradır”

İyun 25
18:39 2020
"Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılış mərasimində ölkənin sosial-iqtisadi vəziyyəti, koronavirusun Azərbaycan iqtisadiyyatına təsirləri barədə olduqca diqqətçəkən açıqlamalar verdi. Ölkə başçısının çıxışından aydın olur ki, Azərbaycanın koronavirusla mübarizədə uğurlar əldə edib və pandemiyanın Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib. Bu gün dövlət elə siyasət həyata keçirir ki, iqtisadi çətinliklər əhalinin həyat tərzinə o qədər də təsir etməsin. Məsələn, "COVİD-19” infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə iş yerlərinin müvəqqəti bağlanması barədə qərar veriləndə dövlət, gündəlik gəlirindən məhrum olan hər bir vətəndaşımıza yardım göstərdi. 600 min nəfər birdəfəlik ödənişlərlə təmin olundu. Prezidentin də qeyd etdiyi kimi, koronavirusla mübarizədə dövlətin üzərinə böyük yük düşür, olduqca böyük məbləğlərdə vəsait xərclənir. Ölkə başçısı çıxışı zamanı, pandemiyanın yaratdığı iqtisadi problemlərə baxmayaraq, vətəndaşların sağlamlığının daim qorunacağını vurğuladı. İlham Əliyevin nikbin çıxışları Azərbaycan xalqında gələcəyə inam yaradır və koronavirusla mübarizədən qalib çıxmağa güc verir”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov prezident İlham Əliyevin Gəncə şəhərində modul tipli xəstəxananın açılışında etdiyi çıxışı zamanı toxunduğu məsələlərdən danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, Prezidentin hadisələrə münasibəti vətəndaşlarda böyük ruh-yüksəkliyi yaradır: "Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi göstəricilərinin aşağı düşməsinə baxmayaraq, heç bir sosial layihə təxirə salınmayıb. Nə baş verməsindən asılı olmayaraq, Prezident əhalinin sağlamlığını, sosial rifahını və maddi vəziyyətini daim öndə tutur. Bu məsələləri cənab Prezident öz çıxışlarında xüsusilə qeyd edir”.

YAP rəsmisi hesab edir ki, pandemiyanın yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, ölkəmiz koronavirusla mübarizədə böyük qətiyyət göstərir: "Bu gün Azərbaycanda "COVİD-19” infeksiyası ilə mübarizəyə milyonlarla manat xərclənir. Əlbəttə ki, pandemiya dövrünün iqtisadi çəkinlikləri fonunda xərclənən vəsaitin əhəmiyyəti böyükdür. Çünki neftin qiymətinin kəskin enməsi və pandemiyanın iqtisadiyyatımıza vurduğu zərbə müəyyən maliyyə çatışmazlıqları yaradırr. Bu, təbiidir. Heç bir dövlət belə bir bəla ilə üzləşəcəyini bilmirdi”.

Ramin Əhmədov dövlət başçısının Azərbaycanın iqtisadi gücünə, aparılan islahatların verdiyi müsbət nəticələrə, vətəndaşlarımızın iradəsinə və dövlətə bağlılığına güvəndiyini deyib: "Əlbəttə ki, Prezidentin bu əminliyinin və inamının kökündə dayanıqlı iqtisadiyyat və nizamlı maliyyə siyasəti dayanır. Azərbaycanın neft gəlirləri düzgün istiqamətlərə xərclənilib, milyonlarla iş yeri yaradılıb və insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün minlərlə genişmiqyaslı layihələr həyata keçirilib. Ötən illərdə yürüdülən düzgün strategiya bu gün Azərbaycan əhalisinin dövlətə inamını daha da artırır. Çünki hazırda Azərbaycan digər region ölkələrinin üz-üzə qaldığı iqtisadi təcrid və maddi gərginliklə qarşı-qarşıya deyil. Bizim həm ərzaq təhlükəsizliyimiz, həm tibbi sağlamlığımız nəzarət altındadır. Bu gün vətəndaşımız illər əvvəl imzalanan neft müqavilələrinin, ölkə daxilində yaradılan zavod və fabriklərin insanlarımız üçün nə qədər əhəmiyyətli olduğunu anlayır. Azərbaycanda hər il bütün sosial paketlər tam şəkildə həyata keçirilir. Bütün bunlar Prezident İlham Əliyevin yaratdığı nümunəvi iqtisadi modelin ortaya qoyduğu uğurlu nəticələrdi”.
 
Missiya.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook