SON XƏBƏR

Ramin Əhmədovun ilk təşviqat günü izdihamlı keçdi - FOTOLAR

Yanvar 17
22:22 2020
Azərbaycanda 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində 16 saylı Yasamal II Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramin Əhmədovun təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü 1-ci Alatavada keçirilib. 
 
İzdihamla müşahidə olunan görüşdə seçicilərlə səmimi söhbət aparılıb, onları qayğılandıran məsələlər dinlənilıb.
 
Qeyd edək ki, 1-ci Alatavada görüşlər davam etdiriləcək.
 
Ramin Əhmədovun tərcümeyi-halı
 
Əhmədov Ramin Sərdar oğlu 15 iyul 1977-ci ildə anadan olub. 1994-ci ildə orta məktəbi bitirib. 

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
 
Hərbi Dəniz Qüvvələrində hərbi xidmətdə olub.
 
Sonrakı illərdə biznes sahəsinə maraq göstərərək müxtəlif layihələr ərsəyə gətirib. Bununla yanaşı, ictimai həyatda da fəal iştirak edib. Mətbuatla sıx əməkdaşlıq imkanları yaradaraq müxtəlif publisistik və siyasi məzmunlu yazılara müəlliflik edib. 
 
2005-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının orqanı olan "Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. 
 
2007-ci ildə Şuranın Məclis üzvü, 2012-ci ildə isə İdarə Heyətinə üzv seçilmişdir. 
 
7 kitabın müəllifidir. Ölkənin ictimai həyatında və mətbuatdakı fəaliyyətinə görə dəfələrlə müxtəlif diplomlara və fəxri fərmanlara layiq görülüb.
 
Gənclərin idmana marağını artıqmaq məqsədilə "RX" idman klubu yaradıb. Hazırda həmin klubda gənclərimiz məşq edir, müxtəlif yarışlara hazırlaşırlar. 
 
Ölkəmizin ayrı-ayrı bölgələrində çoxsaylı humanitar aksiyalar keçirib və həmin layihələrə bilavasitə rəhbərlik edib. Cəbhə bölgəsində yerləşən hərbi hissələrdə müntəzəm olaraq əsgərlərimizlə görüşlər keçirir. Şəhid ailələri və müharibə veteranlarına göstərdiyi doğma münasibətə görə Respublika Veteranlar Şurası tərəfindən xüsusi medalla təltif olunub. 
 
Sosial yönümlü layihələri və xeyriyyə tədbirləri hazırda da davam etdirilir.
 
Ailəlidir, iki övladı var.
 

 

 

 

 

 

 

 

 

 

 
 
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook